Hüquqi məlumatlar
1. Haqqımızda məlumatlar
Somfy Ev Otomasyon Sistemleri Tic. Ltd with registered office at Şti., merkezi Kısıklı caddesi Başaran İş Merkezi No:5 K:2 Altunizade Üsküdar İstanbul'da bulunan Üsküdar Vergi Dairesi, is the owner of this website. Somfy Azerbaijan belongs to SOMFY ACTIVITES SA, headquartered in Cluses, France.
2. Xidmətlərin mövcudluğu və dil
Bu sayt yalnız Azərbaycanda yaşayan əhalinin istifadəsi üçün nəzərdə tutulur (“Xidmət göstərilən ölkələr”). Bu sayt yalnız Azərbaycan dilindədir.
3. Əqli mülkiyyət hüquqları
3.1. MÜƏLLİF HÜQUQLARI
3.1.1. Müəllif hüquqlarının qorunması:
3.1.1.a. BU vebsayt, eləcə də, burada olan məlumatlar (şəkillər, çertyojlar ...) müəllif hüquqları ilə qorunur. Müəllif hüququ SOMFY ACTIVITES SA, 50 avenue du Nouveau Monde, 74300 Cluses, Fransa. Bütün hüquqlar qorunur.
3.1.1.b. Bu vebsayt SOMFY ACTIVITES SA, 50 avenue du Nouveau Monde, 74300 Cluses, Wide - Groupe Micropole Univers,45B, route des Acacias,1227 Carouge Cenevrə, İsveçrənin əməkdaşlığının nəticəsidir.
3.1.2. Vebsaytımızdan istifadə qaydaları və şərtləri:
3.1.2.a. "Yükləmə faylında" (fayl xüsusilə yükləmə üçün nəzərdə tutulur) olmayan, vebsaytımız haqqında olan bütün məlumatlar hər hansı şəkildə tam və ya qismən çap olunmaq və ya çoxaldılmaq üçün nəzərdə tutulmur.
3.1.2.b. Yükləmə fayllarında olan məlumatlar daxili, məlumat, qeyri- kommersiya məqsədləri üçün çap oluna və ya yüklənə bilər. Onlar hər hansı üçüncü tərəfə verilməməli, paylanmamalı, nə də göstərilməməlidir. Həmin məlumatların hər hansı nüsxəsinə bizim bütün müəllif hüquqları və mülkiyyət bildirişlərimiz daxil olmalı və bizim müəllif statusumuz hər zaman təsdiq edilməlidir. Kağız şəklində və ya rəqəmsal formatda sizin həmin məlumatları dəyişdirmək hüququnuz yoxdur və siz hər hansı təsvir, şəkil, video və ya audio qeydləri yaxud qrafikləri müvafiq mətndən ayrı istifadə etməməlisiniz.
3.1.2.c. BİZİM İSTƏNİLƏN VAXT ŞƏXSİ OLARAQ GÖNDƏRİLƏN VƏ YA BU VEBSAYTDA VERİLƏN, BİLDİRİŞ VERMƏKLƏ, HƏMİN İCAZƏNİ GERİ GÖTÜRMƏK HÜQUQUMUZ VAR. HƏR HANSI İSTİFADƏYƏ DƏRHAL MÜDAXİLƏ EDİLƏCƏKDİR.
3.2. ƏMTƏƏ NİŞANLARI
3.2.1. Bizim əmtəə nişanlarımız:
3.2.1.a. Tez -tez istifadə etdiyimiz əmtəə nişanlarının qismən siyahısı: SOMFY, Logo Somfy (old) small, Somfy logo copy,ACTIVE CONTROL SYSTEM, ANIMEO, ALTUS,AXORN ,AXOVIA, CENTRALIS, CHRONIS, CLIC&UP, EOLIS, INTEO, INIS, IPSO, KEASY, KEYTIS, MEMORIS, METEOLIS, OREA, ORIENTA, OXIMO, PASSEO, Powered by Somfy , RADIO TECHNOLOGY SOMFY, ROLLMASTER, SOLIRIS, SOMFY DRIVE CONTROL, SOMFY HIPRO, TELIS, TELIS SILK, TELIS PATIO, WINDOROLL.
3.2.1.b. Tərəfimizdən yazılı şəkildə icazə verilməzsə, əmtəə nişanlarımızdan istifadə qadağandır.
3.2.2. Üçüncü tərəf əmtəə nişanları:
3.2.2.a. "Yükləmə faylında" (fayl xüsusilə yükləmə üçün nəzərdə tutulur) olmayan, vebsaytımız haqqında olan bütün məlumatlar hər hansı şəkildə tam və ya qismən çap olunmaq və ya çoxaldılmaq üçün nəzərdə tutulmur.
3.2.2.b. Yükləmə fayllarında olan məlumatlar daxili, məlumat, qeyri- kommersiya məqsədləri üçün çap oluna və ya yüklənə bilər. Onlar hər hansı üçüncü tərəfə verilməməli, paylanmamalı, nə də göstərilməməlidir. Həmin məlumatların hər hansı nüsxəsinə bizim bütün müəllif hüquqları və mülkiyyət bildirişlərimiz daxil olmalı və bizim müəllif statusumuz hər zaman təsdiq edilməlidir. Kağız şəklində və ya rəqəmsal formatda sizin həmin məlumatları dəyişdirmək hüququnuz yoxdur və siz hər hansı təsvir, şəkil, video və ya audio qeydləri yaxud qrafikləri müvafiq mətndən ayrı istifadə etməməlisiniz.
3.3. HİPERTEKST KEÇİDLƏR
3.3.1. Bizim tərəfimizdən hazırlanan keçidlər: sizin rahatlığınız üçün digər müxtəlif vebsaytların hipertekst keçidlərini sizə təqdim edirik. Lakin biz həmin vebsaytlardan hər hansı birini təmsil etmirik və ya ona nəzarət etmirik və biz onların məzmunu üçün heç bir məsuliyyət daşımırıq.
3.3.2. Bizim vebsaytımız üçün keçidin hazırlanması əvvəlcədən yazılı icazə verilməsini tələb edir. İcazə verildikdə belə, maraqlarımızın risk altında olduğunu müəyyənləşdirdikdə, bizim keçidin dərhal çıxarılmasını tələb etmək hüququmuz var.
3.4. DİGƏR ƏQLİ MÜLKİYYƏT HÜQUQLARI
3.4.1. Bu vebsaytda təsvir olunan hər hansı məhsul, proses və ya texnologiya tərəfimizdən və ya üçüncü tərəflər tərəfindən qorunan digər Əqli Mülkiyyət Hüquqlarının predmeti ola bilər.
3.4.2. Əqli mülkiyyət hüquqlarından istifadəyə dair burada heç bir hüquq verilmir.
4. Nəzərdə tutulan istifadə və istifadəçilər
Bu vebsayt, müstəsna olaraq, Sinqapurda, Malayziyada, Bruneydə, İndoneziyada və Filippində ("Xidmət olunan ölkələr") yaşayan fiziki şəxslər tərəfindən istifadə üçün nəzərdə tutulur.
5. Ümumi öhdəlik
5.1. Biz sizi dəqiq, tam və hazırki məlumatlar ilə təmin etmək üçün hər biri cəhdi həyata keçiririk. Lakin biz bu vebsaytda qeyd olunan məlumatlara dair heç bir zəmanət təklif etmirik.
5.2. Əvvəlcədən bildiriş vermədən, vebsaytdakı məlumatları yeniləmək və ya dəyişdirmək hüququmuz var. Xüsusilə də, göstərilən məhsullar istənilən vaxt dəyişdirilə və ya çıxarıla bilər.
5.3. Bu vebsaytdakı məlumatların ölkənizin yerli qanunlarına uyğun olduğuna dair sizi əmin edə bilmərik. Siz bu vebsayta öz təşəbbüsünüz ilə daxil olursunuz və ölkənizin bütün qanunlarına əməl etmək sizin öz məsuliyyətinizdədir.
5.4. Biz sizi Somfy Pte Ltd, 50 Ubi pr. 3, Frontier, #02-16, Singapore 408866 ünvanı ilə vebsaytda qeyd olunan məlumatları yoxlamağa dəvət edirik.
5.5. Bu vebsayta daxil olmaq və onun məzmunundan istifadə etmək sizin öz riskinizdir. Özünüzü hər hansı viruslardan və ya digər zərərli elementlərdən qorumaq xüsusilə sizin öz məsuliyyətinizdədir.
6. Yazılı əlaqə və ya ünsiyyət vasitələri
Qüvvədə olan və tətbiq edilən qanunlar tələb edir ki, bizim sizə göndərdiyimiz məlumatların və ya əlaqə vasitələrinin bəzisi yazılı şəkildə olsun. Bizim saytdan istifadə edən zaman siz qəbul edirsiniz ki, bizim ilə olan əlaqə və ünsiyyət əsasən elektron şəkildə olacaqdır. Biz sizinlə email (elektron poçt) vasitəsilə əlaqə saxlayacağıq və ya vebsaytımızda bildiriş və məlumatlar yerləşdirməklə, sizə məlumat verəcəyik. Müqavilə məqsədləri üzrə siz bu elektron əlaqə vasitələri ilə razılaşırsınız və qəbul edirsiniz ki, bizim sizə elektron formatda təqdim etdiyimiz bütün müqavilələr, bildirişlər, məlumatlar və digər əlaqə vasitələri onların yazılı şəkildə olması ilə əlaqəli hər hansı hüquqi tələblərə uyğundur. Bu şərtlər sizin qanunla müəyyənləşdirilmiş hüquqlarınıza təsir etmir.
7. Bildirişlər
Tərəfinizdən bizə verilən bütün bildirişlər Somfy Pte Limited şirkətinin 50 Ubi pr. 3, #02-16, Frontier, Sinqapur 408866 ünvanında yerləşən ofisinə təqdim edilməlidir. Biz sizə bildirdiyiniz email və ya poçt ünvanınızabildiriş göndərməklə yaxud yuxarıdakı 6-cı bənddə qeyd olunan hər hansı şəkildə məlumat verə bilərik. Bildiriş, vebsaytımızda yerləşdirildikdə dərhal, email göndərildikdən 24 saat sonra və ys hər hansı məktubun göndərilməsindən sonra 3 gün ərzində qəbul edilmiş və müvafiq qaydada çatdırılmış hesab olunacaqdır. Hər hansı bildirişin çatdırılmasını sübuta yetirmək üçün məktub olduqda, həmin məktubun müvafiq qaydada ünvanlanması, möhürlənməsi və poçtda yerləşdirilməsi, email (elektron poçt məktubu) olduqda isə onun müvafiq ünvan sahibininin və ya alıcının müəyyənləşdirilmiş email ünvanına göndərilməsi sübut üçün yetərli olacaqdır.
8. İmtina
8.1. Əgər Müqavilənin qüvvədə olduğu müddət ərzində biz Müqavilə üzrə öhdəliklərinizdən hər hansı birinə ciddi şəkildə əməl etməyinizi təkid etməsək və ya Müqaviləyə əsasən səlahiyyətli olduğumuz hər hansı hüquqi müdafiə vasitələrindən və ya hüquqlardan birini icra etməsək, bu həmin hüquqlardan və ya hüquqi müdafiə vasitələrindən imtina kimi başa düşülməyəcək və sizi həmin öhdəliklərə əməl etməkdən azad etməyəcəkdir. t
8.2. Hər hansı öhdəliyin yerinə yetirilməməsinin tərəfimizdən imtina edilməsi hər hansı sonrakı öhdəliyin yerinə yetirilməməsi halının da tərəfimizdən imtina ediləcəyi kimi başa düşülməməldir.
8.3. Tərəfimizdən bu şərtlərin hər hansı birindən imtina edilməsi, açıq şəkildə imtina kimi qeyd edilməzsə və 6-cı bəndə əsasən sizə yazılı şəkildə bildirilməzsə, əsaslı və etibarlı hesab olunmayacaqdır.
9. Müddəaların müstəqilliyi
Müqavilənin şərtlərindən və ya müddəalarından hər hansı biri müvafiq səlahiyyətli orqan tərəfindən etibarsız, qanunsuz və ya əsassız hesab olunarsa, həmin şərtlər və müddəalar, qanunla yol verilən dərəcədə qüvvədə olmağa davam edəcək qalan müddəalardan və şərtlərdən ayrılacaqdır.
10. Bizim bu şərtləri və qaydaları dəyişdirmək hüququmuz
Bizim vaxtaşırı olaraq bu şərtləra və qaydalara yenidən baxmaq və onları dəyişdirmək hüququmuz var.
11. Qanunlar və yurisdiksiyalar
Bu vebsaytın idarəedilməsi Azərbaycan qanunlarına əsasən tənzimlənəcək və vebsayta daxil olmaq və ondan istifadə etmək ilə əlaqəli hər hansı mübahisəli məsələ yaranarsa, siz Azərbaycan məhkəmələrinin müstəsna məhkəmə yurisdiksiyasına müraciət etməlisiniz.