50 ili aşan gələcəyi görmə və innovasiya

Somfy şirkətinin ev və binalar üçün ağıllı idarəetmə həlləri 50 ildən çoxdur ki, insanların gündəlik həyatını yaxşılaşdırmaqdadır.
Rahatlıq, asan istifadə, təhlükəsizlik və davamlılıq nəzərə alınmaqla yaradılan innovasiyalarımız diyircəkli pəncərə qapaqlarını, pərdələri və jalüzləri, darvazaları və qaraj qapılarını, işıqlandırma və istilik qurğularını, siqnalizaisya sistemlərini və sairəni avtomatlaşdırmağa və birləşdirməyə kömək edir. Biz hamı üçün əlçatan olan, bu gün və gələcək üçün nəzərdə tutulmuş faydalı həllər yaratmağı qarşımıza məqsəd qoymuşuq.

  • 59 ölkə
  • 116 filial
  • 6 880  işçi

Daha yaxşı yol üçün səy göstəririk

Bütün dünyada hər gün qarşılaşdığımız iqlim, ətraf mühit və sosial çətinlikləri və hal-hazrda dünyamızda baş verən qeyri-sabitliyi nəzərə alaraq hərkəs öz üzərinə düşəni etməlidir.

"Daha yaxşı yol üçün səy göstəririk" Somfy-in qarşısına qoyduğu və 3 təmələ -  Planet, İnsanlar, Rəfaha əsaslanan və daha yaxşı gələcək qurmağa hesablanmış bir məqsəddir.

Fransız keyfiyyətini seçin

Etibarlılığı, məhsuldarlığı və uzunömürlülüyü təmin etmək üçün bütün məhsullarımız ən son texnologiyalar üzrə təlim keçmiş komandalar tərəfindən ekstremal tələblərə uyğun olaraq sınaqdan keçirilmiş və yoxlanılmışdıır.

Hər gün yanınızda!

Keyfiyyətli məhsullar effektiv xidmətlər tələb etdiyindən, sizə bütün layihələrinizdə aşağıdakı vasitələrlə dəstək göstəririk:

1. Bütün əraziləriniz üzrə sertifikatlaşdırılmş Somfy ekspertləri şəbəkəsi.
2. Ehtiyaclarınızı daha yaxşı qarşılamaq üçün onlayn xidmətlər (qiymət təklifi formaları, forum, videolar və təlimat kitabları).
3. Suallarınıza cavab vermək üçün müştəri xidməti qaynar xətti
4. Problemlərinizi həll etmək üçün mütəxəssis şəbəkəmiz tərəfindən evdə təmir xidməti.

Somfy-ni seçmək bütün bunları seçmək deməkdir!

Whatever your project, Somfy provides you with a choice. ​

Whether you want to carry out your project with the help of a Somfy Expert certified installer, by yourself or through a partner manufacturer, find all the information you need to get started.

 

So Open with Somfy

Our range of products complement and combine with each other to create customisable and scalable solutions that can be used with other brands and home equipment players. Find out more about So Open with Somfy and all our partners!

Biathlon sponsoring

Somfy is proud of its 18-year commitment to Biathlon. The values shared with biathletes, performance, precision, commitment and team spirit, are the keystones of this long term partnership.

You can also trust us to respect your private life

Protecting and respecting your privacy is at the heart of our commitment.

Gələcəyi düşünən markanın hekayəsi

1969

Qabaqcıl əhval-ruhiyyə

Somfy* Monblan dağının ətəyində Clusesdə ilk boruvari motoru işləyib hazırlayaraq, dirsəkli dəstəklərin tarixə qovuşmasına və elektriklə işləyən diyircəkli pəncərə qapaqlarının, ekranların, talvarların və jalüzlərin yüksəlişinə töhvə verir. 
Bizim hekayəmiz Fransada, Almaniyada vı İsveçdə başlayır və orada bizim filiallarımız artıq var. Macəra başladı!
*Société d’Outillage et de Mécanique de Faucigny (Faucigny Mexaniki Alətlər Şirkəti).

1989

Bu axşam Somfy TV-dədir!

Somfy-nin ilk televiziya kampaniyası Fransanın Canal + kanalında yayımlanıb, 2005-ci ilə qədər isə, kampaniya beynəlxalq miqyas almışdır. Somfy peşəkarlar üçün markalardan başlayaraq son kullanıcılar üçün markalara qədər yol qət etmişdir.

1997

Yaşasın radio!

Somfy radio texnologiyasını öz motorlarına inteqrasiya edir. RTS (Somfy Radio Texnologiyası) sayəsində diyircəkli pəncərə qapaqları, ekranlar, talvarlar və jalüzlər artıq uzaqdan idaretmə pultu ilə idarə edilə bilər. Radio texnologiyasının əlavə üstünlüyü ondadır ki, çoxsaylı məhsulları idarə etmək üçün tək pultdan istifadə edilə bilər. Bu çox asandır, bu Somfy-dir!

2001

Diyircəkli pəncərə qapaqlarından... bütün evə qədər

Markamız qaraj qapılarnı və darvazaları da motorlaşdırmağa başlamışdır. O, həmçinin simsiz siqnalizasiya sistemlərini dizayn edən Domis şirkətini də satın alır. Yeni minilliyin başlaması ilə Somfy məhsulları evdəki bütün qapı-pəncərələri, habelə təhlükəsizliyi idarə etməyə qabil olmuşdur.   Sadə, əlçatan və simsiz avtomatlaşdırımış ev sistemi meydana gəlmişdir.

2003

Biatlon tərəfdaşlığı

2003-cü ildə başlamış uzun müddətli tərəfdaşlıq

somfy-biathlon-athlete-martin-fourcade
2007

Başqa markalarla ilk tərəfdaşlıq

Somfy avtomatlaşdırılmış ev sistemləri üzrə Velux ilə ilk ittifaqını imzalayır və simsiz ikitərəfli io-homecontrol radio protokolunu başladır. İndi Somfy və Velux avadanlığını eyni uzaqdan idarəetmə pultundan istifadə edərək
idarə etmək mümkündür. Əks-rabitə funksiyasından istifadə edərək hər şeyin səlis çalışdığını yoxlayın.

2010

Evinizi idarə etmək TaHoma® ilə asandır!

100% bulud, 100% radio, 100% açıq: evinizi asanlıqla idarə etməyinizə kömək etmək üçün TaHoma® interfeysi kompüterlərinizə və smartfonlarınıza gəlir.  Artıq 200-dən çox cihaz ünsiyyət və rabitə yarada bilir!

2015

Ağıllı və rahat motorlar

Diyircəkli pəncərə qapaqları üçün motorların ən son nəsli bazara çıxarılır. Ağıllı, sakit və ekoloji təmiz Somfy S&S0 RS 100 motoru bunların hamısına malikdir.

2017

Birləşdirilmiş cisimlər

Somfy birləşdirilmiş cihazlarda iki markanı satın alır: MyFox və Okidokeys; və bu markalarla ev avadanlıqlarının çeşidini artırmaq üçün məhsullar işləyib hazırlayır. Üç flqman məhsul bazara çıxarılmışdır: birləşdirilmiş qapı kilidi, birləşdirilmiş termostat və daxili siqnalizasiya sistemi ilə təchiz edilmiş Somfy One kamerası.

2018

Genişlənmə "So Open with Somfy" proqramı ilə sürətləndirilir

İstilik, işıqlandırma, musiqi və virtual köməkçi... Birləşdirilmiş ev təcrübəsini zənginləşdirmək üçün, Somfy öz tərəfdaşlıq proqramını genişləndirir. Daha çox sərbətslik üçün, markamız öz APİ-lərini iyun ayında tərtibatçılara açacaq.

2020

Somfy və biatlon: Somfy Komandası ilə müqavilənin yenilənməsi.

Somfy Komandasına Benjamin Daviet, Julia Simon və Emilien Jacquelin kimi oyunçuların əlavə edilməsi, Anaïs Bescond ilə müqavilənin yenilənməsi.

somfy-biathlon-athlete-2021
2021

TaHoma açarının bazara çıxarılması

TaHomanın buraxılışından 10 il sonra Somfy yeni istifadə tələblərini nəzərə alaraq ağıllı flaqman məhsulunu yenidən ixtira edir və TaHoma açarını, ev avadanlığınızı birləşdirəcək və idarə edəcək ilk ağıllı idarəetmə qurğusunu bazara çıxarır.

Növbəti...

Biz sabahı gözləyə bilmərik!

Somfy Group

Somfy Foundation

Karyera